Azərbaycanda şəxsiyyətin müəyyənləşdirilməsi üçün yeni sistem
20:43 27 Sentyabr 2017
“Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi hazırlanıb.
Femida.az -ın məlumatına görə, layihə Milli Məclisin 2017-ci il payız sessiyasında qanunvericilik işlər planına daxil edilib. Layihəyə əsasən, Azərbaycanda vətəndaşın daktiloskopik (əl-barmaq izləri) və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, o cümlədən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı kapilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNK ilə bağlı məlumatlar, bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri təsbit olunur.
Sənəddə dövlət daktiloskopik və genom qeydiyyatı Konstitusiyada təsbit edilmiş vətəndaş hüquq və azadlılarına riayət edilməklə məxfilik, könüllülük və məcburilik uzlaşması prinsipləri nəzərə alınmaqla həyata keçirilməsi göstərilir. Qanun layihəsində qeyd olunan qeydiyyat məlumatları ilə itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan vətəndaşların şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin qarşısının alınması, açılması və inzibati xətaların qarşısının alınması, aşkarlanması əks olunur.
Femida.az
Oxunub: 922
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO