Keçmiş məhkuma hökm oxundu - 12 il 6 ay


16:26     28 Sentyabr 2017 hokm%20ceza%20mehkeme_yeni.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Natiq Abbasova hökm oxunub.


Femida.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, N. Abbasov ötən ilin noyabrında Bakının Sabunçu rayonunda əvvəllər məhkum olunmuş Yuri Batanovu döyərək qətlə yetirib. Natiq Abbasov da əvvəllər həbsdə olub.

Femida.az

Açar sözlər:

Oxunub: 890