Bu hakimlərin icraatına yeni cinayət işləri verilmir


23:01     28 Sentyabr 2017 1444642007_mehkeme-2.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 5 hakimin səlahiyyət müddəti başa çatıb.



Femida.az -ın xəbərinə görə, bunlar - İradə Həsənzadə, Rauf Əliyev, Rasim Sadıxov, Eynulla Vəliyev və Əhməd Quliyevdir.

Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.

Qeyd edək ki, hakimlərin 5 ildən bir səlahiyyət müddəti başa çatırr. Bu müddət ərzində yoxlamalar aparılır və bunun nəticəsində müddətin uzadılması məsələsinə baxılır.

Açar sözlər:

Oxunub: 552