Sarkisyan iki generalın vəzifəsini dəyişdi


00:12     29 Sentyabr 2017 sarkisyan%2025.jpg

Ermənistan prezidenti Serj Sarkisyan general-mayor Artur Simonyanın Sülhməramlı qüvvələrin komandanı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az erməni mətbuatına istinadən xəbər verir ki, Sakisyan digər bir sərəncamla, Vağinak Sarkisyanı Ermənistan silahlı qüvvələrinin baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edərək, Sülhməramlı qüvvələrin briqada komandanı təyin edib.

Vağinak Sarkisyanla bir il müddətinə müqavilə imzalanıb.

Eyni zamanda Sarkisyan general-mayor Artak Davtyanın Ermənistan silahlı qüvvələrinin baş qərargahının operativ idarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam verib. Artak Davtyan Ermənistan silahlı qüvvələrinin beşinci ordu korpusunun baş komandanı təyin edilib.

Açar sözlər:

Oxunub: 550