İstanbulda İŞİD əməliyyatı - 50 nəfər saxlanıldı


20:31     30 Sentyabr 2017 isidd7.jpg

Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.


Təyin olunan ünvanlara təşkil edilən basqınlarda 50 nəfər əcnəbi saxlanılıb. İstanbul Terrorla Mübarizə Şöbəsinin briqadaları tərəfindən İŞİD-ə qarşı 10 rayonda 14 ünvana qarşı gecə basqınları təşkil olunub.

Təhlükəsizlik qüvvələri Maltəpə, Silivri, Fatih, Başakşehir, Küçükçekmece, Zeytinburnu, Bayrampaşa, Pendik, Güngörən və Beylik düzündəki daha əvvəlcədən müəyyən edilmiş ünvanlarda əməliyyatlar aparıb. Əməliyyatlarda Suriya və İraq kimi münaqişəli regionlarla əlaqəli şəxslər olduğu irəli sürülən, hamısının terrorçu olduğu güman edilən 50 əcnəbi şübhəli şəxs qismində saxlanılıb.

Hüquq-mühafizə qüvvələri tərəfindən basqın təşkil edilən ünvanlarda axtarış tədbirləri zamanı isə çox sayda rəqəmsal material və sənədlər götürülüb. Nəzarətə alınan şübhəlilər Vətən küçəsində yerləşən Terrorla Mübarizə Şöbəsinə aparılıb. Polisin şübhəlilərlə bağlı əməliyyatları davam edir.


Femida.az

Açar sözlər:

Oxunub: 1117