İstanbulda məktəblilərə atəş açıldı


00:14     14 Oktyabr 2017 turk%20polis%20yeni6.jpg

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.

Femida.az türk mediasına istinadən xəbər verir ki, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.

Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.

Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 735