İstanbulda torpaq sürüşdü


20:36     04 Yanvar 2018 613819.jpg

Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi olub.

Femida.az xəbər verir ki, hadisə şəhərin Ataşehir rayonunda baş verib.

Batı Ataşehir rayonunun bələdiyyəsindən bildiriblər ki, torpaq sürüşməsi nəticəsində rayonun Barbaros məhəlləsində yerli bələdiyyəyə məxsus avtoparkın yanındakı binanın istinad divarı çöküb.

Hadisə yerinə təcili yardım briqadaları xilasedicilər cəlb olunub.

Yerli bələdiyyənin avtomobil dayancağından maşınlar çıxarılır.

Femida.az

Açar sözlər:

Oxunub: 801