Kürdə suyun səviyyəsi azalıb
22:41 06 Oktyabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli, intensiv yağışlar nəticəsində respublika çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-180, Kiçik Qafqazın çaylarında 120-280, Lənkəran-Astara bölgəsi çaylarında 200-600 , Naxçıvan MR çaylarında isə 190 faizini təşkil edir.
Departamentdən Femida.az-a bildirilib ki, oktyabrın 66-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 145 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 137 kubmetr təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 42 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 146 kubmetr olmaqla ongünlük normanın 153 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 64 kubmetr təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
Oktyabrın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 18, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 40 santimetr artım, Bankədə isə 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 436 (2016-cı il oktyabrın 6-da 433 sm), Şirvanda 313, Salyanda 264 (2016-cı il oktyabrın 6-da 321 sm), Bankədə 213 (2016-cı il oktyabrın 6-da 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 santimetr (2016-cı il oktyabrın 6-da 160 sm) təşkil edir.
Femida.az
Oxunub: 952
Oxşar xəbərlər
- Kürdə batan gəncin meyiti tapıldı
- Kürdəmirdə Seçki Dairəsində yanğın
- Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib
- Kürdəmirdə yeniyetmə özünü güllələyib
- Kürdəmirdə qəza - Maşınlar toqquşdu
- Kürdə biogen maddələrin miqdarı artıb
- Kürdəxanı-Pirşağı yolunda qəza: Ölən var
- Kürdəmirdə əməliyyat: Maskalı dəstə ələ keçdi
- Kürdəmirdə ağır qəza - 2 qardaş öldü
- Kürdəmirdə ağır qəza - ÖLƏN VAR