Azərbaycanda yeni medal təsis edilir


15:35     10 Oktyabr 2017 orden.jpg

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilir.


Femida.az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunur.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 572