Şəkidə körpünün altından meyit tapıldı


13:16     11 Oktyabr 2017 meyit%20yeni.jpg

Şəkidə 48 yaşlı kişini maşın vurub.


Femida.az APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 19 radələrində Şəki rayonu Baş Zəyzid kənd sakini 1969-cu il təvəllüdlü Kamal Camal oğlu Qudalasov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 48 yaşlı Kamal Qudalasovun öldüyü məlum olub. Kamal Qudalasovu xəstəxanaya aparan şəxs verdiyi ifadəsində bildirib ki, Kamal Qudalasovu Vərəzət kəndi ərazisindəki körpünün altında ağır vəziyyətdə tapıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, ilkin araşdırma zamanı Kamal Qudalasovu maşın vurduğu məlum olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 421