Pakistan Azərbaycanın əczaçılıq bazarında maraqlıdır


16:26     14 Oktyabr 2017 seid_xan_mohmand.jpg

Pakistan şirkətləri Azərbaycanın əczaçılıq bazarına çıxmaqda maraqlıdır.


Femida.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, bir sıra Pakistan şirkətləri Pirallahı Sənaye Parkında birgə müəssisə yaratmağı planlaşdırır.

Əczaçılıq sahəsində əməkdaşlıq imkanlarından danışan səfir onu da qeyd edib ki, Azərbaycan müxtəlif cərrahiyyə və tibb alətləri idxal edə bilər.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı 2016-cı ildə Azərbaycan Prezidentinin göstərişi ilə yaradılıb və əczaçılıq məhsulları üzrə ixtisaslaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 847