Banklar gücləndirilmiş rejimdə işləyəcək
22:27 14 Oktyabr 2017
Bakı Ticarət Festivalı (“shopping festival”) ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabr ayının 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Palatadan Femida.az-a verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər:
Əlaqələndirici şəxs: Vüsal Həsənov. email: vü[email protected], tel: (+994) 12 493 50-58 (daxili 429), mob: (+994) 55 294 00 05.
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.
Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.
Femida.az
Oxunub: 800
Oxşar xəbərlər
- Banklar ötən ilin 11 ayını mənfəətlə başa vurub
- Banklardan 3 milyon oğurlayan kibercinayətkar Azərbaycana gətirilib
- Banklar gücləndirilmiş iş rejimində işləyəcək
- Banklar Qarabağa pul köçürən şirkətə veto qoydu
- Banklarda gecikmiş kreditlərin məbləği artıb
- Banklar şənbə günü işləyəcək
- Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb
- Banklar gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB
- Bankların məcburi ehtiyatlarının saxlanma qaydası dəyişir
- Banklar BU ŞƏRTLƏRLƏ şöbə aça bilər