Banklar ötən ilin 11 ayını mənfəətlə başa vurub
21:55 05 Yanvar 2018
30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9 mln. manat, cəmi öhdəlikləri isə 23,255 mln. manat təşkil edib.
Femida.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sektorun balans kapitalı 3,138.9 mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln. manat olub. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mln. manat artıb.
Bank sektorunun xalis əməliyyat mənfəəti 934,5 mln. manat olub. Banklar bunun 316,8 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlarımn yaradılmasına yönəldiblər, digər mənbələrdən isə 3,5 mln. manat gəlir əldə ediblər, 28,5 mln. manat isə mənfəət vergisi ödəyiblər. Bununla da, sektorun 11 aylıq xalis mənfəəti 592,7 mln. manat təşkil edib.
Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil edib. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olub.
Femida.az
Oxunub: 838
Oxşar xəbərlər
- Banklardan 3 milyon oğurlayan kibercinayətkar Azərbaycana gətirilib
- Banklar gücləndirilmiş iş rejimində işləyəcək
- Banklar Qarabağa pul köçürən şirkətə veto qoydu
- Banklarda gecikmiş kreditlərin məbləği artıb
- Banklar gücləndirilmiş rejimdə işləyəcək
- Banklar şənbə günü işləyəcək
- Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb
- Banklar gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB
- Bankların məcburi ehtiyatlarının saxlanma qaydası dəyişir
- Banklar BU ŞƏRTLƏRLƏ şöbə aça bilər