Banklar gücləndirilmiş iş rejimində işləyəcək
20:40 29 Dekabr 2017
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 30 dekabr - 3 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Palatadan Femida.az-a verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 24 bankın 139 filial və şöbəsi 30 dekabr - 3 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək (bankların iş qrafiki cədvəldə təqdim edilir).
Bayram günlərində Palata tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Palataya müraciət etmək mümkün olacaq.
Valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı Palatanın rəsmi internet səhifəsində yerləşdirilib.
Femida.az
Oxunub: 1020
Oxşar xəbərlər
- Banklar ötən ilin 11 ayını mənfəətlə başa vurub
- Banklardan 3 milyon oğurlayan kibercinayətkar Azərbaycana gətirilib
- Banklar Qarabağa pul köçürən şirkətə veto qoydu
- Banklarda gecikmiş kreditlərin məbləği artıb
- Banklar gücləndirilmiş rejimdə işləyəcək
- Banklar şənbə günü işləyəcək
- Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb
- Banklar gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB
- Bankların məcburi ehtiyatlarının saxlanma qaydası dəyişir
- Banklar BU ŞƏRTLƏRLƏ şöbə aça bilər