Şamaxıda maşın aşdı, sürücü öldü


15:48     20 Oktyabr 2017 asibbbbb.jpg

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 20-də Şamaxı rayonunun Miri kəndində İsmayıllı rayon sakini Fariz Namazov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə o, hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1002