Şamaxıda maşın yoldan çıxaraq aşıb


22:35     26 Noyabr 2017 qeza_yeni3.jpg

Şamaxı-Pirqulu yolunun Çuxuryurd kəndində avtomobil yoldan çıxaraq aşıb.


Femida.az report-a istinadən xəbər verir ki, nəticədə maşında olan sərnişin, 1979-cu il təvəllüdlü Şamaxı rayon sakini Ağakərimov İlham Dilavər oğlu başından ağır xəsarət alıb.

Yaralı Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 881