Şamaxıda 4 otaqlı ev yanıb


13:43     26 Dekabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.


Femida.az -ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində birmərtəbəli bir-birinə bitişik ümumi sahəsi 104 m² olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan 5 otaqlı evin 3 otağının tavanı 16 m² (ümumi 91 m²) sahədə yanıb.

Bitişik olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 696