Azərbaycanda qanlı həftə sonu - 5 ÖLÜ, 15 YARALI


14:12     23 Oktyabr 2017 qeza_yeni%20altinda%20qalib.jpg

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.


Baş Dövlət Yol Polisi İdarəsindən Femida.az-a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 18 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzalarından 5-i piyadaların vurulması ilə bağlıdır. Həmin qəzalarda 4 piyada həyatını itirib.

Femida.az

Açar sözlər:

Oxunub: 790