Şəkidə fərdi evdə yanğın olub


03:07     31 Oktyabr 2017 1388908199fhnaxaraz1.jpg

Şəkidə fərdi yaşayış evində yanğın olub.


Femida.az-ın məlumatına görə, bu gün axşam saat 20:45 radələrində Şəki şəhəri Şərbablar küçəsində, Məhərrəm Yusif oğlu Mustafayevə məxsus, ümumi sahəsi 120 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin içərisində 6 kv/m-lik sahədə olan ev əşyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 611