Sirkə turşusu içərək özünü öldürüb


14:04     03 Noyabr 2017 zeherlenme.png

Masallı rayon sakini özünü öldürüb.


Femida.az `Trend`ə istinadən xəbər verir ki, hadisə rayonun Digah kəndində baş verib.

Kənd sakini, 1969-cu il təvəllüdlü Fətullayev İntiqam Ərşad oğlu evlərində sirkə turşusu içib. Yaralı ağır vəziyyətdə Masallı rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Fətullyev xəstəxanada dünyasını dəyişib.

Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 743