Eldar Mahmudovun köməkçisi həbs olunub
13:08 04 Noyabr 2017
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu həbs edilib.
Femida.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Mahmudov Eldar Mahmudovun əmisi oğludur.
Qeyd edək ki, V.Mahmudovun tutulması barədə ilk xəbəri haqqin.az saytı xəbər verib.
Femida.az
Oxunub: 1348
Oxşar xəbərlər
- Eldar Mansurovun oğlu vəzifədən getdi
- Eldar Mahmudov 3 saata yaxın dindirilib
- Eldar Mahmudov Baş Prokurorluqda dindirildi - FOTOLAR
- Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
- Eldar Mahmudovun məhkəməyə çağırılması barədə vəsatət qaldırılıb
- Eldar Mahmudovun əmisi oğluna hökm oxunub
- Eldar Sultanovun bacısı oğlu yol qəzasında öldü
- Eldar Mahmudova cinayət işi açıla bilər
- Eldar Mahmudovun göstərişi ilə sənədlər məhv edilib - ŞOK FAKTLAR
- Eldar Mansurovun oğluna yüksək vəzifə verildi