Eldar Mansurovun oğlu vəzifədən getdi
13:34 27 Noyabr 2017
"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.
Femida.az xəbər verir ki, APA-a MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.
Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.
Oxunub: 3290
Oxşar xəbərlər
- Eldar Mahmudov 3 saata yaxın dindirilib
- Eldar Mahmudov Baş Prokurorluqda dindirildi - FOTOLAR
- Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
- Eldar Mahmudovun köməkçisi həbs olunub
- Eldar Mahmudovun məhkəməyə çağırılması barədə vəsatət qaldırılıb
- Eldar Mahmudovun əmisi oğluna hökm oxunub
- Eldar Sultanovun bacısı oğlu yol qəzasında öldü
- Eldar Mahmudova cinayət işi açıla bilər
- Eldar Mahmudovun göstərişi ilə sənədlər məhv edilib - ŞOK FAKTLAR
- Eldar Mansurovun oğluna yüksək vəzifə verildi