Kirayə verdiyi evi saxta sənədlə satıblar - Bakıda inanılmaz OLAY


16:57     05 Noyabr 2017 menzil18.jpg

Bakı sakini kirayə verdiyi evin saxta sənədlə satılması ilə bağlı polisə müraciət edib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Rövşən Ağayev Yasamal rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2014-cü ilin iyun ayında İ.Qutqaşınlı küçəsindəki yeni tikilmiş çoxmərtəbəli binadakı evini kirayə vermək üçün həmin binanın komendantı olan Emil adlı şəxsə evin açarlarını verib. 3 il sonra məlum olub ki, həmin şəxs saxta sənədlərlə R.Ağayevə məxsus evi başqasına satıb.

Şikayətçi məsələyə qanuni qiymət verilməsini xahiş edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2804