Azərbaycanın şahmat millisi Avropa Çempionu oldu


02:39     07 Noyabr 2017 15099923174019121163_1000x669_3019986040.jpg

Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub.


Bu gün keçirilən sonuncu - doqquzuncu turda komandamızın Ukrayna yığması ilə oyunu 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri heç-heçə yekunlaşıb.

Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla başa vurublar. Sonuncu turda Almaniya yığmasını məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb.

Əlavə əmsalların cəminə görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq çempion adını qazanıb. Rusiya və Ukrayna komandaları ikinci və üçüncü yerləri bölüşürlər.

Açar sözlər:

Oxunub: 1218