Azərbaycanın sülhməramlılarla bağlı məhdudiyyəti götürülür
20:03 22 Dekabr 2017
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
Femida.az xəbər verir ki, iclasda Parlamentin “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərarında dəyişiklik layihəsinə baxılıb.
Dəyişikliklərə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri isə “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilir. Bu isə Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyətin (dörd taqımı) aradan qaldırılması anlamına gəlir.
Bu qərar 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Oxunub: 1464
Oxşar xəbərlər
- Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti dəyişdi
- Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı tutulub
- Azərbaycanın tanınmış alimi vəfat edib
- Azərbaycanın meyvə-tərəvəz ixracının coğrafiyası genişləndirilə bilər
- Azərbaycanın qaz ixracından gəliri 35% artıb
- Azərbaycanın axtardığı qadın Rusiyada tutuldu
- Azərbaycanın Minsk Qrupundan əsas gözləntiləri
- Azərbaycanın şahmat millisi Avropa Çempionu oldu
- Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlanacaq
- Azərbaycanın daha iki qızıl yatağında hasilata başlanılır