Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı tutulub


17:15     25 Dekabr 2017 bank%20hebs6.jpg

Külli miqdarda dələduzluqda təqsirləndirilərək barəsində həbsli axtarış qərarı çıxarılan Azərbaycan əsilli Rusiya vətəndaşı Araz Dadaşov Qazaxıstanda həbs edilib.



Bu barədə Femida.az-a A. Dadaşovun vəkili Hafiz Ələsgərov məlumat verib. O, bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində keçmiş həyat yoldaşı Lalə Dadaşovanın şikayəti əsasında cinayət işi başlanılıb. Onun sözlərinə görə, şikayət mülki xarakterlidir: "Ancaq bizim əlimizdə Araz Dadaşovun əməlində cinayət tərkibinin olmadığını sübut edən sənədlər var və biz bunu istintaqa təqdim edəcəyik".

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2( dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 2884