Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır
22:13 13 Noyabr 2017
Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin humanizm siyasətindən irəli gələrək əfvlə bağlı müraciətlərə hər zaman diqqətlə yanaşılır.
Femida.az xəbər vunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, əfv sərəncamının verilməsi dövlət başçısının müstəsna səlahiyyətinə aiddir. Bununla yanaşı, əfvlə bağlı həm Əfv Məsələləri Komissiyasının üzvlərinə, həm də birbaşa Prezident Administrasiyasına müraciətlər mütəmadi daxil olur:
"Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən bir institut olduğundan, bu müraciətlər hər zaman araşdırılır, aidiyyəti üzrə dövlət qurumlarının rəy və tövsiyəsi nəzərə alınmaqla Komissiyanın müzakirəsinə çıxarılır. Komissiya vətəndaşlar tərəfindən daxil olan hər bir müraciəti diqqətlə araşdırdıqdan sonra əsasnaməsinə uyğun olaraq müvafiq qərarlar qəbul edir. Hazırda bu proses davam edir”.
Qeyd edək ki, sonuncu əfv sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il martın 16-da imzalanıb. Həmin sərəncam 423 nəfərə şamil edilib.
Femida.az
Oxunub: 577
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO