Beynəlxalq cinayətkarlıqla bağlı qanun layihəsi müzakirə olunacaq


14:13     15 Noyabr 2017 milli%20m7.jpg

Sabah, noyabrın 16-da Azərbaycan Milli Məclisində “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin ictimai müzakirəsi təşkil olunacaq.


Femida.az `Report`a istinadən xəbər verir ki, tədbir parlamentin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçiriləcək.

Müzakirədə deputatlarla yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 884