Baş redaktorun məhkəməsi başlayır


22:21     15 Noyabr 2017 1444642007_mehkeme-2.jpg

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi başlayır.


Femida.az -ın verdiyi xəbərə görə, öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən G.Hüseynovun cinayət işi üzrə istintaq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatında verilib. İlkin hazırlıq iclası noyabrın 21-də keçiriləcək.

G.Hüseynov həmçinin rüşvət verməkdə iştirak etməkdə ittiham edilir.

Açar sözlər:

Oxunub: 711