Şəki sakinini ilan sancıb


23:13     16 Noyabr 2017 ilan%20sancdi.jpg

Şəkidə 50 yaşlı kişini ilan sancıb.


Bu gün axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1967-ci il təvəllüdlü Qədim Rəcəb oğlu Səmədov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, ilan Q. Səmədovu sol qolun bilək nahiyəsindən sancıb. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Q. Səmədova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 649