Rusiyada qanunsuz ağac kəsən üç azərbaycanlı tutulub


13:57     17 Noyabr 2017 yolka%20agaci.jpg

Rusiyanın İrkutsk vilayətinin, Çunski rayonunda üç azərbaycanlı saxlanılıb.


Femida.az-ın “Newirkutsk.ru”-a istinadən verdiyi xəbərə görə, İrkutsk vilayət prokurorluğunun yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxslər meşə ağaclarını qanunsuz kəsməkdə təqsirləndirilirlər. Onların dövlətə 1,6 milyon rubldan çox ziyan vurduğu qeyd olunub.

Məluma olub ki,həmin şəxslərdən biri daha əvvəl Rusiyadan deportasiya edilsə də, saxta sənəd düzəltdirərək, yenidən ölkəyə qayıdıb.

Qeyd edək ki, həmin şəxsləri ittiham olunduqları maddə ilə 7 ilədək həbs və 300-500 min rubl pul cəzası gözləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 457