Azərbaycanla bu ölkə arasında aviareys açılacaq
14:45 20 Noyabr 2017
Tacikistanın “Tacik Alüminium Şirkəti” və “Somon Air” aviaşirkətinin nümayəndələrindən ibarət biznes heyəti Azərbaycanda rəsmi səfərdə olub. Bu barədə Tacikistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində qonaqlar “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, “Buta Airways”in baş direktoru Cəmil Manizadə və “Silkway”in birinci vitse-prezidenti Teymur Həsənovla görüşüblər.
Danışıqlar nəticəsində “Somon Air” dekabrdan etibarən həftədə iki dəfə Düşənbə-Bakı-Frankfurt-Bakı-Düşənbə marşrutu üzrə daimi reyslərə başlayacaq.
Səfər çərçivəsində yükdaşımalarla da bağlı bəzi razılıqlar əldə edilib. Belə ki, mülki aviasiya sahəsində çalışan tacik mütəxəssislər Azərbaycanın ixtisaslaşmış təhsil müəssislərində təlim keçəcəklər.
Femida.az
Oxunub: 994
Oxşar xəbərlər
- Azərbaycanla Aİ arasında danışıqlar uzana bilər
- Azərbaycanla Pakistan yeni müqavilələr imzalayacaq
- Azərbaycanla Rusiya arasında sənəd imzalandı
- Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilib - Cenevrədə
- Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib
- Azərbaycanla Meksika arasında saziş imzalanıb
- Azərbaycanla İran protokol imzaladı
- Azərbaycanla bağlı videoçarxa SƏS VERİN
- Azərbaycanla İran hərbi əməkdaşlığı genişləndirir - Nazirlər görüşdü
- Azərbaycanla İran arasında sərhəd keçidi asanlaşdırılır