Rusiyada azərbaycanlı tələbə vəhşicəsinə döyülüb


02:05     21 Noyabr 2017 fullsizerender-20-11-17-08-50-1.jpg

Rusiyanın Perm şəhərində azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.


Femida.az xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib. O, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunun naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyünü söyləyib.

Diaspor sədri Azərbaycan vətəndaşı olan Hüseynin hazırda reanimasiyaya yerləşdirildiyini , vəziyyətinin çox ağır və huşunun yerində olmadığını bildirib.

Ç. İsayev diasporun öz gücü ilə Bakıdan təhsil almaq üçün Permə gələn azərbaycanlı tələbəyə yardım göstərməyə çalışdığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1711