Ordumuz Naxçıvanda praktik atışları icra etdi - VİDEO
14:47 21 Noyabr 2017
Naxçıvan Qarnizonunda davam edən hərb oyunlarında praktiki atışlar icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.
Gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.
Bölmələrin fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.
Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib.
Femida.az
Oxunub: 820
Oxşar xəbərlər
- Ordumuz şəhid verib
- Ordumuzun snayperləri atışa çıxdı - FOTOLAR
- Ordumuzun itləri: Onlara erməni dili də öyrədiləcək – REPORTAJ (FOTO+VİDEO)
- Ordumuzun təlimindən FOTOLAR
- Ordumuzun təlimləri Ermənistanı silkələdi
- Ordumuz şəhid verdi
- Ordumuz aviasiyadan atəş açdı - VİDEO
- Ordumuzun genişmiqyaslı təlimləri başlayır
- Ordumuz Şah İsmayılı yad edib - FOTO
- Ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı təsis olunub