Ötən gün 111 cinayət faktı qeydə alınıb


01:33     25 Noyabr 2017 11dava%20polis.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 506