Hava yağmursuz olacaq
14:30 26 Noyabr 2017
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacağı gözlənilir. Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 4-9°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 814
Oxşar xəbərlər
- Hava limanında iki təyyarə toqquşdu
- Hava proqnozu
- Hava yağmursuz olacaq
- Hava ilə bağlı polisdən XƏBƏRDARLIQ
- Hava pisləşəcək - XƏBƏRDARLIQ
- Hava yağmursuz keçəcək
- Hava yağmursuz keçəcək
- Hava pisləşəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
- Hava şəraiti dəyişkən buludlu olacaq
- Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ