Hava proqnozu
13:24 30 Dekabr 2017
Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 30-31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Oxunub: 831
Oxşar xəbərlər
- Hava limanında iki təyyarə toqquşdu
- Hava yağmursuz olacaq
- Hava ilə bağlı polisdən XƏBƏRDARLIQ
- Hava pisləşəcək - XƏBƏRDARLIQ
- Hava yağmursuz keçəcək
- Hava yağmursuz olacaq
- Hava yağmursuz keçəcək
- Hava pisləşəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
- Hava şəraiti dəyişkən buludlu olacaq
- Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ