Hava yağmursuz keçəcək
13:09 01 Dekabr 2017
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Oxunub: 501
Oxşar xəbərlər
- Hava limanında iki təyyarə toqquşdu
- Hava proqnozu
- Hava yağmursuz olacaq
- Hava ilə bağlı polisdən XƏBƏRDARLIQ
- Hava pisləşəcək - XƏBƏRDARLIQ
- Hava yağmursuz olacaq
- Hava yağmursuz keçəcək
- Hava pisləşəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
- Hava şəraiti dəyişkən buludlu olacaq
- Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ