Xırdalanda ev yandı


13:19     27 Noyabr 2017 1431007777_yangin-hadisesi-bash-verib.jpg

Xırdalanda yanğın hadisəsi qeydə alınıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 620 m2 olan mansard tipli üçmərtəbəli 11 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 55 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 835