Xırdalanda qəza: Sürücü öldü


13:53     03 Dekabr 2017 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib2.jpg

Abşeron rayonunun Xırdalan şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılıb.


Femida.az xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 809