İçərisi qızılla dolu avtomobil qaçırıldı


01:32     28 Noyabr 2017 1432100616_dunya-bazarinda-qizil-bahalashib.jpg

Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.


Femida.az -ın "Report”a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi olan Azər Nazim oğlu Müzəfərrov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.
Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Açar sözlər:

Oxunub: 625