61 yaşlı qadının meyiti tapıldı


13:09     28 Noyabr 2017 bakda-mnzild-rus-qadnn-meyiti-tapld_1.jpeg

Sumqayıtda mənzildən 61 yaşlı qadının meyiti aşkarlanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-ci il təvəllüdlü Rəfibəyli Olqa Musa qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 475