MTN generallarının məhkəməsi olmayacaq
14:50 28 Noyabr 2017
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.
Buna səbəb Bakı Hərbi Məhkəməsində davam etdirilən digər sabiq MTN generalı Elçin Quliyev və keçmiş MTN əməkdaşı Azər Mehdiyevin cinayət işinə baxan məhkəmə kollegiyasının ötən gün müşavirəyə yollanması olub.
Hakimlər kollegiyası həmin şəxslərə hökmü elan edəndən sonra S.Qurbanov və digərlərinin cinayət işi üzrə məhkəməsini keçirəcək.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.(Report)
Oxunub: 1303
Oxşar xəbərlər
- MTN generallarının məhkəməsi başlayıb
- MTN generallarının məhkəməsi davam etdirilir
- MTN generallarının məhkəməsində əlavə şahidlər dindiriləcək
- MTN-in tutduğu məktəb direktoru həbsdə öldü
- MTN generalı Elçin Quliyevin məhkəməsi olacaq
- MTN generallarının məhkəməsi təxirə salınıb
- MTN generalının məhkəməsinə jurnalistlər buraxılmadı
- MTN generallarının məhkəməsində şahid ifadə verib
- MTN generalı Elçin Quliyev: `Heç kimdən pul almamışam`
- MTN-nin sabiq şöbə rəisi apellyasiya şikayəti verib