MTN-in tutduğu məktəb direktoru həbsdə öldü


21:04     01 Noyabr 2017 meyit%20(1)53.jpg

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.


Femida.az-ın məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.

B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 7074