Tovuzda kişi qardaşını döydü - Arvadına görə
13:20 30 Noyabr 2017
Tovuz rayonunda 49 yaşlı kişi qardaşı tərəfindən döyülüb.
Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Rizvan Cavad oğlu qardaşı tərəfindən döyülüb. R.Əliyev zərbələrin təsirindən komaya düşüb. O, təcili yardımla komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkimlərin səyi nəticəsində yaralı komadan ayılıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, iki qardaş ailə münaqişəsi nəticəsində mübahisə edib. Belə ki, R.Əliyevin həyat yoldaşı qardaşının həyat yoldaşı ilə dalaşıb. Hadisədən xəbər tutan böyük qardaş da qadınların mübahisəsində R.Əliyevi günahlandırıb və onu döyüb.
Femida.az
Oxunub: 913
Oxşar xəbərlər
- Tovuzda yanğın olub
- Tovuzda növbəti olay - Saxlanılanlar var
- Tovuzda avtomobil aşdı - Sürücünün boynu qırıldı
- Tovuzda hadisə: Qadını zorlamaq istəyən gəncin burnunu sındırdılar
- Tovuzda 9 yaşlı uşağı it tutub
- Tovuzda orta məktəb yanıb
- Tovuzda ev yandı
- Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi
- Tovuzda 40 yaşlı qadın bıçaqlanıb
- Tovuzda qəza: Yaralananlar var