Tovuzda növbəti olay - Saxlanılanlar var
14:06 28 Dekabr 2017
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobillərdən birinin salonunun örtüyündə 900 ədəd, digərinin oturacaqlarında və qapısında 309 qutu pirotexniki vasitə aşkar olunub.
"Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı isə 32 qutu pirotexniki vasitə aşkarlanıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 928
Oxşar xəbərlər
- Tovuzda yanğın olub
- Tovuzda avtomobil aşdı - Sürücünün boynu qırıldı
- Tovuzda hadisə: Qadını zorlamaq istəyən gəncin burnunu sındırdılar
- Tovuzda 9 yaşlı uşağı it tutub
- Tovuzda orta məktəb yanıb
- Tovuzda kişi qardaşını döydü - Arvadına görə
- Tovuzda ev yandı
- Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi
- Tovuzda 40 yaşlı qadın bıçaqlanıb
- Tovuzda qəza: Yaralananlar var