Tovuzda avtomobil aşdı - Sürücünün boynu qırıldı


13:39     28 Dekabr 2017 qeza_yeni7.jpg

Tovuz rayonunun Öysüzlü kəndində sürücünün boyun nahiyəsinin qırılması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Quliyev Zülfüqar Etibar oğlu idarə etdiyi "VAZ" markalı avtomobili yol kənarına aşırıb.

Maşının bir neçə dəfə dövrə vurması nəticəsində sürücü qapalı kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanada məlum olub ki, Z.Quliyevin boyun sümüyü sınıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1050