Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri dayandırılır
22:45 05 Dekabr 2017
Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmət istifadəçilərinə müraciət edib.
DİM-dən Femida.az-a verilən məlumata görə, DİM tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılmasını təmin etmək məqsədi ilə Mərkəzin informasiya texnologiyaları infrastrukturunda - yeni veb serverlərin quraşdırılması və işə salınması, hazırda istifadədə olan veb və məlumat bazaları serverlərinin proqram təminatının yeni versiyalı təminatla əvəz edilməsi və təhlükəsizliyi təmin edən, məlumat bazaları və proqram layihələri ilə işi asanlaşdıran proqram vasitələrinin quraşdırılması və s. digər zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Tələb olunan işlərin həyata keçirilməsi üçün DİM-in elektron xidmətlərinin göstərilməsi dekabrın 7-dən 12-dək dayandırılacaq.
Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.
Femida.az
Oxunub: 713
Oxşar xəbərlər
- Dövlət obyektləri internetdə satılacaq
- Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi
- Dövlət Agentliyinin rəhbərliyi formalaşdırıldı
- Dövlət başçıları İlham Əliyevi təbrik edir
- Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
- Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İMTAHAN OLACAQ
- Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR
- Dövlət Xidmətindən fermerlərə - Xəbərdarlıq