Formula 1-in təqvimi təsdiq edildi
18:23 07 Dekabr 2017
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Dünya Şurası Formula-1 yarışlarının 2018-ci il mövsümü üçün təqvimini təsdiq edib.
Femida.az xəbər verir ki, növbəti mövsüm 21 mərhələdən ibarət olacaq. İlk yarış martın 25-də, son yarış isə noyabrın 25-də təşkil olunacaq.
Ölkəmizin üçüncü dəfə ev sahibliyi edəcəyi Azərbaycan Qran-Prisi isə aprelin 29-da təşkil olunacaq.
İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, lakin gözlənildiyi kimi Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı məhz Bəhreyndə, ardınca isə Çində keçiriləcək.
Femida.az
Oxunub: 448