Qubada ağır qəza: 3 nəfər ölü


04:52     08 Sentyabr 2015 03694eced5a85c4ffbbf206d2cbbe326.jpg

Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.


APA-nın verdiyi məlumata görə, hadisə Quba rayonunun Barlı kəndi ərazində qeydə alınıb.

“Hyundai” markalı “10 VR 410” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər meyitlərin deformasiyaya uğramış avtomobildən çıxarılması əməliyyatını aparır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 646